Vaşinqtonda adı açıqlanmayan bir kişi ac olduğu üçün qapalı fast-food restoranlarından birinə girib və özünə çizburqer hazırlayıb.
Kafenin içindəki gizli kamera ilə kişinin hərəkətləri qeydə alınıb. İçəridə kameranın olduğunu bilsə də, kişi üzünü gizlətməyə ehtiyac görməyib və olduqca rahat davranıb. “ABC News”un xəbərinə görə, kişi kafenin sonuncu işçisinin də gedişini gözləyib, ondan sonra ora daxil olaraq özünə yemək hazırlayıb. Amerikalı kassadan pul götürməyib.
Sadəcə, çıxanda özü ilə su butulkası aparıb.
Cia.az
