|
3 yaşından kiçiklər televizora baxmamalıdır
İngiltərənin məşhur psixoloqlarından olan Aric Siqman valideynlərə məsləhət görüb ki, uşaqların televizora baxdıqları saata müəyyən məhdudiyyətlər gətirsinlər.   

Onun dediyinə görə, yaşı 3-dən aşağı olan uşaqlar isə ümumiyyətlə televizora baxmamalıdır. 

Sigman deyib ki, kompüter, “ağıllı” telefonlar, habelə televizor şişmanlıq, ürək xəstəliyi və diabet riskini artırır: “Bunların xaricində daim ekran qarşısında olmaq ciddi psixoloji pozğunluqlara və diqqətin dağılmasına da səbəb olur”.

Psixoloq onu da deyib ki, ekran başında keçirilən müddət uşaqların sosial münasibətlər qurmasına neqativ mənada təsir göstərir. Belə ki, televizordan əlavə, uşaqlar 5 ayrı ekranın hücumuna məruz qaldıqları üçün beyinləri yüklənir. Bundan başqa, psixoloq televizoru da “elektrik dayə” adlandırıb.
Cia.az