Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.
Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Mənbə bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Onun artıq kollektivə təqdim olunduğu da bildirilir.
Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.
Cia.az
