Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs barədə razılaşmaya əməl etməyə çağırıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
S.Lavrov bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsindən narahatıq. Tərəfləri atəşkəs barədə razılaşmalara əməl etməyə, bu razılaşmaların pozulmasına yol verməməyə çağırırıq".
Cia.az
