Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi İstanbul şəhərində “Oda” teatrında nümayiş olunacaq.
Müəllif azərtac-a bildirib ki, monodram janrında yazılmış əsər indiyədək ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşayıb.
Müəllifin sözlərinə görə “Müqəvva”nı qardaş Türkiyədə səhnəyə Kəmalə Kamalqızı (Nəbibəyova) qoyacaq. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır.
F.Mustafa bildirib ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.
Cia.az
