|
Şəhid pilotlarımızla vida mərasimi keçirilir -
Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Bəkir İsmayılovla vida mərasimi başlayıb.  
Musavat.com-un məlumatına görə, vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilir.
 
Vida mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, icra başçıları, dövlət rəsmiləri iştirak edirlər.
 
Daha sonra şəhidlər Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. 
 
 






 
Cia.az