Gənclik daimi deyil, ancaq baxımla daha gənc görünmək hər zaman mümkündür.
Həftə sonu dərinizə qulluq edərək yaya hazırlamaq istəyirsinizsə, mətbəxdə olan ərzaqlardan praktiki dəri maskası hazırlaya bilərsiniz.
Aile.lent.az dəri baxımı üçün sınaya biləcəyiniz fərqli maskalar təqdim edir.
Daha təmiz bir dəri üçün limonlu maska
Bunun üçün yarım limon, 1 paket quru maya, ilıq su götürün. Quru mayaya 2 qaşıq ilıq su əlavə edin. Çəngəllə qarışım halına gələnəcən qarışdırın. Yarım limonun suyunu az-az əlavə edib maya ilə qarışdırın. Yaxşı yuyulmuş üzünüzə çəkib 15 dəqiqə sonra ilıq su ilə yuyun.
Daha gənc bir dəri üçün kök maskası
1 ədəd kök, 1 ədəd kiçik kartof, 1 xörək qaşığı un götürün.
Kök və kartofu rəndələyin. 1 yemək qaşığı unla qarışdırın. Bir qədər qatı olsa, az miqdarda su qata bilərsiniz. Sonra üzünüzə çəkib 15 dəqiqə saxlayın. Soyuq su ilə yuyun. Yağlı dərilərdə yağlanmanı azaldır. Üstəlik gözaltı göyərmələrə də azaldıcı təsir edir. Həftədə iki dəfə edin.
Cia.az
