|
Saçların tez uzanması üçün xanımlara MƏSLƏHƏT

Uzun saçların xəyalını qurursunuzsa, əvvəlcə saçlarınızın sağlamlığına diqqət etməlisiniz. Cia.az aile.lent.az-a istinadən güclü, sağlam və tez uzanan saçlara sahib olmaq üçün xanımlara məsləhətlər təqdim edir.

Saç dərisini təmiz saxla

Saçların sürətli uzanması üçün sağlam saç dərisinə ehtiyac var. Bakteriya və yağ meydana gəlməsinə maneə törətmək üçün saç dəriniz təmiz olmalıdır. Saçlarını nizamlı olaraq yuyun.

Lazım olan qulluğu edin

Sağlam saç dərisinə qovuşmanın bir yolu da masajdır. Saç kökündəki qan dövranını sürətləndirmək üçün saç dərisinə təbii yağlarla masaj edin.

Protein, E və C vitamini ilə saçlarınıza qulluq edin

Saçların quruluşu zülal təməllidir. Bol zülal almaq, E və C vitamini ilə dəstək vermək saçların sürətlə uzanmasını təmin edir. Ət, balıq, meyvə-tərəvəz yeyin. Tərkibində zülal, E və C vitamini olan saç məhsulları istifadə edin.

Bol su için

Saçların sürətli uzanması üçün gündə 1,5-2 litr su içmək lazımdır. Həm saçlarınız sürətli uzanacaq, həm də sağlam görünəcək.

İsti suyla yumayın

İsti su saç dərisində olan bütün yağı xaric edir. Beləcə, saç qidalanması və uzanması dayana bilər. Bunun yerinə ilıq su istifadə edin. 

Cia.az