|
Arvadından boşanmaq istəməyən müğənninin əmlakı əlindən alındı
Müğənni Coşkun Sabahla 19 illik həyat yoldaşı Ceyda Sabahın boşanma prosesinin birinci mərhələsi baş tutub. 
Məhkəmə ifaçının bütün mal-mülkünü əlindən alıb. Ərinin ona xəyanət etməsi iddiası ilə məhkəməyə baş vuran Ceyda ondan 1 milyon lirə (təxminən 500 min manat) maddi, bir o qədər də mənəvi təzminat tələbi irəli sürmüşdü. Ötən gün baş tutan məhkəməyə Coşkun Sabah xanımı olmadan qatılıb. 
15 dəqiqə çəkən prosesdən sonra jurnalistlərin suallarını cavablandıran müğənni “Məhkəmə aprelin 12-nədək təxirə salındı. Kaş belə olmayaydı. Mən boşanmaq istəmirəm Burada olmaq bizə yaraşmadı” deyib.
 Cia.az