|
Bakıda yaşayış binasında yanğın həyəcanı

Paytaxtın Xətai rayonunda mənzildə yanğın olub.

Virtualıaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 92 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 4 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 01:47-də söndürülüb.

Cia.az