Azərbaycan prezidenti İlham Əliyev Minsk Qrupunun status-kvonu dəyişdirilməsinə dair çağırışlarının Ermənistan tərəfindən eşidiləcəyinə və bundan sonra regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Ümid edirik ki, Minsk Qrupunun status-kvonun dəyişdirilməsinə dair çağırışları Ermənistan tərəfindən eşidiləcək. Azərbaycan ərazisinin işğalına dair status-kvonun dəyişdirilməsi – münaqişənin tammiqyaslı həlli üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, sakitlik, əməkdaşlıq bərpa olacaq. Bu, hamının xeyrinə olacaq”, - İlham Əliyev Rusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.
Cia.az
