|
"Həzi Aslanov" stansiyasında eskalator istifadəyə verildi

Metronun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.

Bu barədə Axşam.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, stansiyanın 2-ci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı.

 Cia.az