19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunları davam edir.
Bu gün millimiz mübarizə apardığı 1-ci qrupda ikinci oyununa çıxıb.
Patrisiya Qonzalesin komandası meydan sahibi olan İrlandiya yığması ilə qarşılaşıb. Komandamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, millimiz ilk oyunda Polşa ilə qolsuz heç-heçə edib.
Turun digər oyununda Almaniya Polşa ilə üz-üzə gələcək.
7 aprel
Avropa çempionatın elit-raundu, I qrup, II tur
22:30. İrlandiya – Azərbaycan - 3:0
Qollar: Roma Maklaugli, 15 (1:0), Hayley Nolan, 60-pen (2:0), Niamh Prior, 71 (3:0)
Baş hakim: Ana Miniç (Serbiya)
Dublin. “Tallagt” stadionu
Cia.az
