Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.
Cia.az XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, iclasda MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.
Cia.az
