İsveçin paytaxtı Stokholmda keçiriləcək “Eurovision- 2016” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Səmra Rəhimli bu dəfə İsrailə yola düşəcək.
Bir müddət əvvəl promo turlara başlayan müğənni bu dəfə mahnısını orada tanıdacaq. O, İsrail Turizm və xarici işlər nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “İsrael Calling” adlı konsertdə çıxış edəcək.
S.Rəhimli ilə birlikdə digər ölkələrin “Eurovision 2016” təmsilçiləri də Təl-Əvivdə mahnılarını səsləndirəcəklər.
Qeyd edək ki, “Eurovision 2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək. Müsabiqədə Azərbaycan “Miracle” kompozisiyası ilə təmsil olunacaq.
Cia.az
