"ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlərinin təsdiq edilməsi münasibəti ilə onları təbrik edirəm".
AzNews.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
O bildirib ki, hər iki səfir bizim üçün ən yaxşılardandır.
Qeyd edək ki, ABŞ-ın Azərbaycan üzrə yeni səfiri Robert Sekuta, Ermənistan üzrə yeni səfiri isə Riçard Millzin seçilib.
