"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır".
Cia.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, Minsk qrupunun və ATƏT-in Almaniya sədrliyinin dəstəyi ilə, Minsk qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər edirlər.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir.
Cia.az
