Bir çox tanınmışla birlikdə cəbhə bölgəsinə yollanan rəqqasə Fatimə Fətəliyevanı özündən çıxarıblar.
Sənətçi əsgərlərin yanına getməsini və fotolarını İnstaqramda paylaşmasını müzakirə edənlərə sərt cavab verib:
“Biz Tərtər rayonunda əsgər qardaşlarımıza və kənd camaatına dəstək olduq. Ağzıgöyçək insanlar ağızlarına gələni yazdılar. Guya biz reklam naminə özümüzü göstəririk. Gündəmə gəlmək üçün belə edirik. Əslində belə deyil, mən və digər sənət dostlarım az da olsa rahatlıq tapmağa çalışdıq. Düzdür, böyük bir iş görmədik, sadəcə, dəstək olduq, şəhid ailələrinə başsağlığı verdik. Biz düşmənlərimizi sevindirməməliyik, bir-birimizə dəstək olmalıyıq”.

Cia.az