|
Obama: Vergidən yayınma halları qlobal problemdir
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama vergidən yayınma hallarını qlobal problem adlandırıb. 
 
Obama Ağ Evdə çıxışı zamanı Konqresi problemin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Obama bildirib ki, vergidən yayınma hallarının əksəriyyəti qanunidir. Lakin onun sözlərinə görə, problem də məhz bundadır.
 
Amerikalı iş adamları yüksək vergilərdən yayınmaq üçün öz şirkətlərini daha az vergi tələb edən ölkələrdə qururlar. Bu təcrübə “vergi inversiyası” adlanır.
 
“Bu cür şirkətlər Amerika şirkəti adını daşımaqla hər cür imtiyazdan istifadə edirlər. Lakin onlar üzərlərinə düşən vergiləri ödəmirlər.” – deyə Obama bildirib.
Cia.az