|
Nazirə sualınız var?

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar şəhərində vətəndaşları qəbul edəcək.

Aprelin 11-də saat 11ºº-da Ucar şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 153) Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.