Türkiyənin İstanbul şəhərində 42 yaşlı T.V adlı kişi həyat yoldaşından yarpaq dolması bişirmədiyi üçün boşanıb.
Türkiyə mətbuatının xəbərinə görə, hər ikisi uğur qazanmış iş adamı olan cütlüyün həyatı kənardan problemsiz görünürdü. Onlar tez-tez evlərinə qonaq çağırır, iş yerlərində qazandıqları uğurları dostları ilə birgə qeyd edirdi. Amma bu qonaqlıqlardan birindən sonra T.V həyat yoldaşından “bir gün də yarpaq dolması bişir” deyə xahiş edib. Həyat yoldaşı, 34 yaşlı Y.V isə bu təklifi özünə qarşı hörmətsizlik kimi qəbul edib və dostlarına “mən yüksək təhsilli, karyeralı bir iş qadınıyam. Dolma bükmək evdar qadınların işidir” deyib.
Beləcə, cütlük arasında iplər gərilib və 3 ay sonra məhkəmədə qarşılıqlı anlaşma ilə boşanıblar. T.V isə məhkəmədəki çıxışında deyib: “Biz kiçik kənd evlərində, sobanın yanında yataraq böyüyən nəsilik. Anamızın bişirdiyi yarpaq dolmasının qoxusu bizi ta küçənin başından yaxalayar və evə yığardı. Evin kandarına yaxınlaşanda o evin istiliyi səni yeməyin qoxusu ilə yaxalamalıdır. Restorandan sifariş edilən yemək ailə olmağa bəs etmir”.
Cia.az
