Əsgəran rayonunun sürətlə və kütləvi şəkildə boşalmasından qorxuya düşən Ermənistan höküməti rayonun çıxışında yaraqlılardan ibarət post yaradıb.
Postu keçib təhlükədən uzaqlaşmaq istəyən rayon əhalisi əsgərlər tərəfindən geri qaytarılır, mümkün olmadığı təqdirdə isə sakinlərə qarşı fiziki təzyiq göstərilir.
“Trend” erməni informasiya resurslarında yer alan, erməni əsgərlərin sakinləri döyərək təmas xəttindəki mövqelərə qaytarmasını əks etdirən videonu təqdim edib.
Cia.az
