Gürcüstan prezidenti Georgi Marqlevaşvili Azərbaycan və Ermənistanın dövlət başçılarını Dağlıq Qarabağda yaranmış gərginliyi sülh yolu ilə həll etmək üçün səy göstərməyə çağırıb.
Bu barədə o, NATO-nun Tbilisidə keçirilən xalq diplomatiyasının beynəlxalq forumunda müvafiq bəyanatla çıxış edib.
“Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həllinə nail olacağına ümid edirik”, - deyə Gürcüstan prezidenti əlavə edib.
Cia.az
