|
Elmar Məmmədyarov İrana getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına yola düşüb.

Bu barədə Cia.az-a XİN-dən verilən məlumatda bildirilir.

Xarici işlər naziri E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin aprelin 5-də Ramsar şəhərində keçirilən dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İran İslam Respublikasına yola düşüb.

Cia.az