|
Səfir Elçin Əmirbəyov: “Fransanın bütün KİV-lərində erməni təxribatı haqda danışmışıq”

“Son iki gündə Fransanın aparıcı kütləvi informasiya vasitələri Dağlıq Qarabağdakı hərbi əməliyyatların aktivləşməsini şərh edir. Demək olar ki, bütün qəzetlərdə ancaq bu barədə materiallar dərc edilir”.

Bunu virtualaz.org saytına Azrəbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli səfiri Elçin Əmirbəyov deyib.

“Əlbəttə ki, yerli KİV-lərə çıxışı olan çoxsaylı erməni disaporası ölkə ictimaiyyətinə yalan məlumat verməyə çalışır. Ancaq Azərbaycan səfirliyi Dağlıq Qarabağda baş verən hadisələrin ədələtli və qərəzsiz işıqlandırılmasını təmin edir. Hətta bazar günü bizə Fransa 24 telekanalında Azərbaycanın mövqeyini təqdim etmək imkanı verilmişdi.

Onu da vurğulamaq lazımdır, ki, Fransa 24 telekanalında müsahibə iki dildə - fransız və ingilis dilində yayımlandı. Xarici İşlər Nazirliyini və Müdafiə Nazirliyinin bəyanatları, Azərbaycanın rəsmi mövqeyi təfərrüatı ilə çatdırıldı. Ayrıca qeyd olundu ki, iİllərdir Ermənistan Azərbaycan ərazisini işğal edib və etnik təmizləmə aparıb. Ermənistanın xain təxribatının qurbanı əsasən günahsız insanlar, mülki əhali olub. Bununla da Ermənistanın əsl sifəti bir daha nümayiş etdirildi”,-deyə E.Əmirbəyov vurğulayıb.
Cia.az