"Sergey Lavrovun Bakı səfərinin başlıca məqsədi təbii ki, təkcə Qarabağda başlayan son əməliyyatlarla bağlı deyil. Çünki bu səfər daha öncədən, döyüşlər başlamazdan əvvəl planlaşdırılmışdı".
Bu sözləri Avropa.info-ya Şərq - Qərb araşdırmalar mərkəzinin rəhbəri , politoloq Ərəstun Oruclu , Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlişinin əsas məqsədinə münasibət bildirərkən deyib.
Ə.Oruclu hesab edir ki, Lavrovun Bakıya səfəri zamanı, böyük ehtimalla, prezident İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı danışıqlar aparılacaq: "Onu da qeyd edim ki, Sergey Lavrovla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının zabiti Nikolay Patruşvinin də gəlişi gözlənilir. Təbii ki, bu rəsmi məlumat olmasa da, ehtimallar da az deyil".
Ə.Oruclu deyib ki, Rusiya prezidenti Vladimir Putin indiki vəziyyətdə Bakının mövqeyini bilmək istəyir: "Son hərbi əməliyyatlar başlanandan bəri Azərbaycanın mövqeyi müəyyən qədər dəyişib. Azərbaycan artıq qarşısına konkret vəzifələr qoyub. S.Lavrovun ölkəmizə səfəri Azərbaycan - Qərb münasibətlərini öyrənməklə bağlı olduğu da məlum məsələdir".
Cia.az
