Azərbaycan ordusunun aprelin 2-də Dağlıq Qarabağdakı döyüşlərdə məhv etdiyi erməni hərbçilərinin bəzilərinin adları məlum olub.
Onlardan biri müqavilə ilə düşmənin ordusunda xidmət edən Nodarik Marqaryandır.
1963-cü il təvəllüdlü Marqaryan Lori vilayətinin Quqark kəndində anadan olub.
Digər hərbçi kapitan Cozef Kirakosyandır. 1988-ci ildə Armavir vilayətində anadan olub.
Əsgər Sasun Mkrtçyan 1989-cu ildə doğulub.
O, düşmən ordusunda pulemyotçu kimi müqavilə əsasında xidmət edirdi.
Cia.az
