Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2016-cı il aprel ayının 1-nə 4065,8 mln. ABŞ dolları təşkil edib.
Rəsmi valyuta ehtiyatları martın 1-nə olan göstərici ilə müqayisədə 39,5 mln. dollar və ya 1% artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 950 ,9 mlın. dollar və ya 19% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə rəsmi valyuta ehtiyatları 5 406,3 mln. dollar və ya 57,1% azalıb.
Cia.az
