|
Nazarov oynadı, komandası qalib gəldi

Almaniya 2-ci Bundesliqasında 28-ci tura start verilib.
Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" öz meydanında  "Münhen 1860"-la qarşılaşıb.
Oyun “Karlsrue”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  Nazarov  matçın 74-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “karlsrue”  38 xalla  8-ci pillədə qərarlaşıb.

Cia.az