|
Narkotacirin kokainini qarət etdilər, polisə şikayət verdi
Böyük Britaniyada 23 yaşlı kişini narkotik saxlamaq və yaymağa görə 2 il azadlıqdan məhrum ediblər. Bu barədə lenta.ru saytı xəbər verib. 
Xəbərdə bildirilir ki, bu həbs əslində, Daniel Barkerin öz təşəbbüsü ilə baş verib. Daniel polisə müraciət edərək, kokainlərinin oğurlanmasından şikayətlənib. Nəşrin xəbərinə görə, ötən ilin iyununda Karlayl şəhərinin parklarından birində iki nəfər Danielə hücum edərək, onu qarət ediblər. Kişi isə polisə müraciətində deyib ki, həmin iki nəfər onlara satmaq istədiyi kokaini oğurlayıb: “Britaniyalı baş vermiş qarətin detallarını xatırlaya bilməyib. Buna səbəb isə onun sərxoş vəziyyətdə olması idi”, - deyə prokuror Jerar Rocerson açıqlayıb. 

Barker polisə ifadəsində onu da deyib ki, üstündə və evində xeyli narkotik var. Polislər onun çantasında dəyəri 88 min funt sterlinq olan üç qutu kokain aşkarlayıblar. Kişi dərhal həbs olunub. Bundan başqa, onu 200 saatlıq ictimai işə də cəlb ediblər.
Cia.az