|
ATƏT sədri də cəbhədəki vəziyyətdən danışdı

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer cəbhə xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.

Cia.az AzərTac-a istinadən xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda F.-V. Ştaynmayer qoşunların təmas xəttində gərginliyin artmasından və mülki əhali də daxil olmaqla insan itkisindən böyük narahatlıq keçirdiyini ifadə edib: “Mən tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa və atəşkəs rejiminə tam şəkildə əməl etməyə çağırıram”.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, bu münaqişə hərbi həll yolu ola bilməz: “Tərəflər indi Minsk qrupu çərçivəsində danışıqlara geri dönmək üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu işdə həmsədrləri tam dəstəkləyirəm”.

Cia.az