|
Gürcüstan ansamblı Bakıda konsert verəcək

Aprelin 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan mədəniyyət sarayında Gürcüstanın “Lasha Giorgi”i “Freska” ansamblı növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

Turizm idarəsindən AZƏRTAC-a bildirilib ki, konsertdə mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən “Buta” və “Lalələr” rəqs kollektivlərinin ifasında da milli rəqslərimiz təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstan-Azərbaycan dostluğunun daha bir nümayişi olan belə musiqi proqramlarının keçirilməsi artıq ənənə halını alıb.

Cia.az