Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin “Madam Batterfly” operasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər.
Teatrdan bildirilib ki, ilk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını amerikalı vokalçı Sueon Kim ifa edəcək. S.Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində solo konsertlər və opera tamaşalarında çıxış edib.
“Madan Batterflyay” operasının tamaşasında Şarples partiyasında isə Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin çıxış edəcəkdir.
Tamaşada Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu canlandıracaqlar.
Tamaşanın dirijoru Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.
Cia.az
