|
“Qadınlar və uşaqlar çıxarılıb...” -

Tərtər Rayon İcra başçısı cəbhədəki son gərginliklə bağlı danışıb.

Müstəqim Məmmədov açıqlamasında hazırda hər şeyin qaydasında olduğunu bildirib və bir nəfərin öldüyünü təsdiqləyib:

“Hər şey normaldır. Təmas xəttində yerləşən kəndlərdən qadınlar və uşaqlar çıxarılıb”.

Qeyd edək ki, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndinin iki sakini dünyasını dəyişib. 

Cia.az