Türkiyənin Bingöl vilayətində toxuculuq fabrikində şiddətli yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə zamanı azı 4 nəfər tüstüdən zəhərlənib.
Təcili tibbi yardım xidməti dərhal xəsarət alanları xəstəxanalara çatdırıblar.
Yanğın zamanı fabrikdən 30-a yaxın insan olub. Əməkdaşlar vaxtında binadan çıxmağa nail olublar.
Fabrikin damında başalayan yanğın qısa müddətdə binanın hər yerini əhatə edib.
Yanğınsöndürmə briqadaları yanğına vaxta müdaxilə edə bilməyiblər. Yaxınlıqdakı polis əməkdaşlarına məxsus təzyiqli su avtomobili köməyə gəlsə də, o, da şiddətli alovların qarşısını ala bilməyib.
