|
Gənc oğlanın hamiləlik testi pozitiv çıxdı
Sevgilisinə aid hamiləlik testini zarafat olsun deyə özünə tətbiq edən adam sonda şok bir nəticə ilə qarşılaşıb. Belə ki, test pozitiv çıxıb. Bununla da gənc oğlanın əslində xərçəng olduğu müəyyənləşib. 
Həkimlər bildiriblər ki, erkən diaqnoz sayəsində sağalmaq ehtimalı böyükdür. Maraqlıdır ki, əslində oğlan testin nəticəsini görəndə bunu yanlışlıq hesab edib. Amma dostları bunu sosial şəbəkədə paylaşanda şərhçilərdən biri ona xərçəng testindən keçməsini tövsiyə edib. ABŞ Milli Sağlamlıq İnstitutunun alimləri bildirib ki, əslində hamiləlik testləri sidikdə olan xroniki gonadotropin beta hormonunun miqdarını təyin edə bilir. 
Testis xərçəngi ilə bağı olan bu hormon hamiləlik əsnasında xüsusən aktivləşir.
Cia.az