Amerikanın Missisipi ştatında gəzintiyə çıxan it öz sahibinə yarım kiloluq marixuana paketi gətirib. Kişi paketi polisə təhvil verib.
İt sahibi bildirib ki, öncə heyvanın ona zibil parçası gətirdiyini düşünüb. Amma bir müddət sonra amerikan torbadan gələn qoxudan onun içindəkinin narkotik olduğunu anlayıb. İtin bu qutunu harada və necə tapdığı məlum deyil. Hüquq-mühafizə orqanları insidenti araşdırmağa başlayıb. Marixuanadan istifadəyə Amerikanın Alyaska, Kolorado və Oreqon ştatlarında qismən icazə var.
Daha 21 ştatda isə tibb müəssisələrində marixuanadan istifadəyə rəsmi icazə verilib və ya yaxın gələcəkdə icazə veriləcək.
Amma Misisipidə marixuanadan istifadə, onun saxlanılması qanunla qadağandır.
Cia.az
