8 yaşındakı qızını maşında qoyan ana bunun cəzasını çəkdi.
Amerikanın Dallas şəhərində bir qadının mühərrikini söndürmədiyi, içində qızını da qoyduğu maşını oğurlanıb. Maşınını gözəllik mərkəzinin qabağında qoyan, kiçicik bir işini həll etmək üçün içəri girən qadın bir anda maşınının oğurlandığını görüb. Bunu görən kimi mərkəzdə işləyən bir qadınla maşının dalınca qaçan qadın onu saxlamağa nail ola bilməyib.
Nəticədə isə qadın eyni gündə həm uşağını, həm də maşınını itirib. Dallas polisi hazırda araşdırma aparır.
Cia.az
