|
Pilotlar uçuş zamanı yatır
Avropalı Pilotlar Birliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, Avropada hər 3 pilotdan 1-i uçuş əsnasında ən azı bir dəfə pilot kabinəsində yatır. 
Araşdırma zamanı Avropa səviyyəsində 6 mindən çox pilota iş əsnasında nə qədər yorulduqları ilə əlaqədar suallar verilib. İngiltərədə pilotların 43 faizi, Danimarkada 50 faizi, Norveçdə 53 faizi, İsveçdə isə 54 faizinin uçuş əsnasında ən azı bir dəfə istəmədən də olsa yatdığı üzə çıxıb. İngiltərədə isə pilotların üçdə biri oyandıqları vaxt həmkarlarını da yatmış halda tapdıqlarını deyirlər. Pilotlar isə vurğulayır ki, uzunmüddətli səfərlər, hava limanında gözləyərək keçən vaxt, gecə uçuşlarına görə uzun müddət yuxusuz qalırlar. 

Almaniyada isə hər 5 pilotdan 4-ü həddindən artıq yorğunluq səbəbi ilə  uçuş əsnasında səhvlər etdiyini söyləyib. İsveçdə bu nisbət yüzdə 71, Norveçdə isə yüzdə 79-dur.
Cia.az