|
Aktrisa özündən 3 yaş kiçik sevgilisi ilə - foto

Aktrisa Yasemin Allen Armağan Oğuzdan ayrıldıqdan sonra yeni eşqə başlayıb. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa rejissor Sinan Çetinin kiçik oğlu Rafael Cemo Çetinlə eşqə başlayıb. Yasemin Rafaeldən 3 yaş böyükdür. Hazırda Sinan Çetinin böyük oğlu Rüzgar törətdiyi avtomobil qəzası səbəbindən həbsxanada olduğundan cütlük hələ ki münasibətlərini gizli yaşamağa çalışır. 

Qeyd edək ki, Cemo Çetin atasının rejissorluğu ilə çəkilən “Çanakkale çocukları” filmiylə aktyorluğa addım atıb. 

Cia.az