"Habertürk" telekanalının verdiyi son məlumata görə, hadisə nəticəsində 6 polis ölüb, 23 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.




* * *19:37
Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktında 18 nəfər yaralanıb.
Türkiyə KİV-i xəbər verir ki, onların arasında mülki vətəndaşlar da var.
Məlumata görə, şəhərdəki müxtəlif xəstəxanalara çatdırılan yaralılardan 4 polis əməkdaşının həyatını, həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
* * *18:58
Türkiyənin Diyarbakır şəhərindəki avtovağzalın yaxınlığında polis maşınının hərəkət istiqaməti üzrə partlayış törədilib.
Hadisə nəticəsində azı 7 nəfər yaralanıb.
Partlayışın baş verdiyi yerə çoxlu sayda təcili tibbi yardım maşınlarının gəldiyi bildirilir.
Cia.az
