|
Türkiyədə 20 fahişə saxlanıldı-

Türkiyənin Aydınlı bölgəsində, Nazilli rayonunda yerli hüquq-mühafizə orqanları getdikcə sayı artan əxlaqsızılıq yuvaları ilə bağlı hadisələrin qarşısını almaq üçün aylardır təqib əməliyyatı aparırlar.

Haberler.com bildirir ki, 10 ayrı ünvanda eyni vaxtda keçirilən sonuncu əməliyyat zamanı 25-45 yaş arası 19-u azərbaycanlı, 1-i türk olmaqla 20 qadın saxlanılıb. Saxlanılan qadınlar arasında sağ ayağı dizdən kəsilmiş və bu səbəbdən də qoltuq ağacı ilə gəzən Türkiyə vətəndaşı A.A.-nın olması polislərin diqqətini çəkib.

Fiziki məhdudiyyəti olan qadının fahişəliklə məşğul olması polisləri çaşdırıb. Nazilli Dövlət xəstəxanasında tibbi yoxlamadan keçdikdən sonra qadınların hüquq-mühafizə orqanlarına təhvil veriləcəkləri bildirilib.

Cia.az