Azərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.
Bu barədə AYB-nin mətbuat xidməti məlumat verib.
Şairin hazırda reanimasiya şöbəsində olduğu bildirilir: "Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstəxanaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat nəticəsində onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir".
Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.
Cia.az
