Akademik Milli Dram Teatrı Tbilisi Beynəxlaq Teatr Festivalında iştirak edəcək.
ANS PRESS-in məlumatına görə, Teatrının kollektivi dünən -1 oktyabrda Gürcüstana yola düşüb. Teatr Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək. Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan Akademik Milli Dram Teatrının tamaşası 3 oktyabr tarixində, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20.00-da nümayiş etdiriləcək.
Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.
Qeyd: Kollektiv festivaldan 5 oktyabr tarixində qayıdacaq.
