|
Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi müəyyənləşib. Qol.az-ın məlumatına görə, Danimarka və Serbiya mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb. Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib. Cia.az
|
