|
Balinaların mədəsindən maşın mühərriki çıxdı...
Almaniyanın Töninq şəhərində ötən gün maraqlı hadisə baş verib. 

Sahildə cəsədləri tapılan 13 balina şəhər əhlini şoka salıb. Müayinədən keçirilən balinaların mədəsindən plastik vedrə, maşın motorunun parçası, çoxlu sayda balıq çıxıb. Mütəxəssislər isə bildiriblər ki, balinalar məhz mədələrini bu cür zir-zibillə doldurduqları üçün ürək çatışmazlığı və həzm problemi yaşayıblar, nəticədə isə tələf olublar.
Cia.az