|
Almaniya qatarlarında qadınlar üçün özəl bölüm
Almaniyanın şərqindəki Lepziq-Chemnitz şəhərləri arasında səfər edən qatarlarda qadınlar üçün özəl bölümlər hazırlanacaq.

Almaniyanın Dəmir Yolu İdarəsindən verilən açıqlamada bildirilir ki, təkbaşına və uşaqla səyahət edən qadınlar üçün qatarın içində iki ayrı bölüm yaradılacaq. Açıqlamada həmçinin bildirilib ki, bununla da qadın sərnişinlər səfər boyu özlərini təhlükəsiz hiss edəcəklər. Qadınlara ayrılan bölümlər maşinist və dəmir yolu işçilərinə aid hissəyə daha yaxın olacaq. 

Bundan başqa, Almaniya dəmiryolları hazırda yataqlı qatarlarda da təkbaşına səyahət edən qadınlar üçün özək bölüm imkanı yaradır.
Cia.az