|
"Çelsi"nin sabiq həkimi Eva Karneyro futboldakı karyerasını başa vurub. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bundan sonra Cəbbəlütariqdə klinikalardan birində işləyəcək. Qeyd edək ki, “Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyo ilə Eva Karneyro arasında insident İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Suonsi” ilə baş tutmuş görüşdə yaşanmışdı. Karneyronun oyunun gedişində zədələnən Eden Hazarda yardım etmək üçün meydana gec daxil olmasından narahat olan portuqaliyalı mütəxəssis onu söyüb. Bu hadisədən sonra komandadan qovulan Karneyro onunla müqaviləni pozan klubdan təzminat almağı bacarmayıb. Nəticədə o, "Çelsi"ni və şəxsən Mourinyonu məhkəməyə vermək qərarına gəlib. Cia.az
|
