|
Məktəblərdə “Son zəng”in tarixi məlum oldu

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçiriləcəyi vaxt açıqlanıb.

Virtualaz.org Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

"Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək", - nazirlikdən bildirilib.

Cia.az