|
Bakıda hüquq məsləhətxanasında faciə:

Bakıda yerləşən hüquq məsləhətxanalarından birində bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az